Mərhum politoloq Heydər Camalın ad günüdür

Mərhum politoloq Heydər Camalın ad günüdür
 

Hüquq müdafiəçisi Aslan İsmayılov öz Facebook hesabında Yazır ki, bu gün əslən Şuşalı politoloq, yazıçı, filosof, ideoloq və şair, Qarabağ və Azərbaycan həqiqətlərini dünyaya və xüsusilə Rusiya auditoriyasına dəqiq arqumentlərlə çatdıran, Rusiya İslam komitəsinin sədri, Qarabağın xan və məşhur Sarıcalılar nəslindən olan Heydər Camalın anadan olduğu gündür: "Çox təəssüf edirəm ki, çoxları onun sağlığında Qarabağ uğrunda necə savaşdığını, həyasız erməni ekspertlərinə səbrlə, sakit, hansı qürurla necə tutarlı cavab verdiyini görməyib və onu yaxşı tanımır. Onu daim izləyən biri kimi deyə bilirəm ki, o, Moskvada doğulub, Alma-Atada dəfn olunsa da təpədən dırnağa qədər Azərbaycanlı idi və bütün çıxışlarında əminliklə Qarabağın ancaq müharibə yolu ilə alınacağını deyirdi. Bu gün onun arzuları Şanlı Ordumuz tərəfindən yerinə yetirilir!

Onun oğlu Orxan Camal da ən azı atası qədər Azərbaycana bağlı idi. Onunla və bu gün bütün varlığı ilə Azərbaycanın maraqlarını qoruyan Maksim Şevçenko ilə Bakıda təsadüf nəticəsində tanış olmuşdum. Gələcəkdə görüşüb ətraflı fikir mübadiləsi aparacağımızı da planlaşdırmışdıq. Ancaq namərdlər onu qətlə yetirdilər. M.Şevçenkonun Azərbaycana bağlılığı da məhz müəllimi Heydər Camala görədir. Əminəm ki, tarixçilərimiz H.Camalın daha yaxşı tanınması üçün əllərindən gələni edəcəklər.

Uca Allahdan Böyük Azərbaycanlıya rəhmət diləyirəm!"
Paralel.az

0.032655000686646