ABŞ-da parad zamanı bir neçə nəfər ölüb
Paralel.az iNTERFAX-a istinadən xəbər verir ki, yanğınsöndürmə rəisi Stiven Hovard mətbuat konfransında, bazar günü gecə Viskonsin ştatının Vaukeşa şəhərinin mərkəzində Milad paradında bir avtomobilin insanları vurması nəticəsində bir neçə nəfərin öldüyünü deyib
Onun sözlərinə görə, 20-dən çox insan xəstəxanaya yerləşdirilib, onların yarısı uşaqdır.
"Uokeşa Şəhər Yanğından Mühafizə İdarəsi və tərəfdaşları ümumilikdə 11 böyük və 12 uşağı altı regional xəstəxanaya çatdırıblar", - Amerika mediası onun sözlərindən sitat gətirir.
O, insident nəticəsində "bir neçə nəfərin öldüyü" ilə bağlı mətbuatda yayılan xəbərləri təsdiqləyib, lakin daha dəqiq məlumat verməkdən imtina edib.
Waukesha polis rəisi toqquşmada şübhəli bilinən şəxsin saxlanıldığını bildirib.
Bazar günü gecə ABŞ-ın Viskonsin ştatının Uokeşou şəhərində Milad paradında bir avtomobilin maneələri aşıb insanları vurduğu bildirilir. Toqquşmadan sonra atışma səsləri eşidildi.
Akif Nəsirli