Ermənistanda anti-Rusiya əhvalı

Ermənistanda anti-Rusiya əhvalı
 

Paralel.az xəbər verir ki, sosioloq Karen Sarkisyan Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsindən bəhs edib: “Rusiyanın heç bir müttəfiqi yoxdur. Rusiyanın yalnız tərəfdaşları var. Bu, konkret halda Putin Rusiyasının Qərbi bütün Qara dəniz regionundan sıxışdırmaqda ümumi və çox spesifik marağı olan Türkiyədir.
Rusiya  ilə Türkiyənin regionda, Ermənistan ətrafındakı vəziyyətlə bağlı birgə hərəkətlərini proqnozlaşdırsaq, nəhayət, hər şey aydın olur. Cəmiyyətimizdəki hazırkı əhval-ruhiyyəyə görə, etiraf etməliyik ki, Rusiyaya rəğbətin getdikcə azalması və Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin formalaşması geri dönməz xarakter alıb. Bu nə yaxşı, nə də pis - bir faktdır”.
Nigar

0.041579961776733