Almaniyada yalnız peyvənd edilmiş insanların evtanizasiyasına icazə veriləcək

Almaniyada yalnız peyvənd edilmiş insanların evtanizasiyasına icazə veriləcək
 

Paralel.az xəbər verir ki, Almaniya Evtanaziya Assosiasiyası peyvənd olunmamış və COVID-19-a yoluxmuş şəxslərin evtanizasiyasını qadağan edəcək.

Almaniyadakı Evtanaziya Assosiasiyası (Verein Sterbehilfe) bu əməliyyatı COVID-19 xəstəsi ola bilən və ya koronavirusa qarşı peyvənd olunmayanlar üçün qadağan edəcək, çünki bu, virusun sonrakı yayılması ehtimalını artırır. Bu barədə assosiasiyanın saytında bildirilir.

Evtanaziya yalnız peyvənd olunmuş və ya koronavirusa yoluxduqdan sonra sağalmış şəxslərə qarşı həyata keçirilə bilər. "Evtanaziya və ona hazırlıq ölməyi seçənlərin məsuliyyətini tələb edir", - Assosiasiyanın bəyanatında deyilir. Bununla belə, bu cür əməliyyat infeksiyanı sürətləndirə bilər - məsələn, yaxınlarının meyit ətrafına toplasması onların infeksiyasına səbəb ola bilər, çünki virus meyitdən yayıla bilər, mesajda deyilir.

Bununla bağlı Avropanın ən azı iki şəhərində - Sürixdə (İsveçrə) və Hamburqda (Almaniya) evtanaziyaya hazırlıq üçün yeni prosedur tətbiq edilir.

2020-ci ilin fevralında Almaniya Konstitusiya Məhkəməsi ölkə vətəndaşlarının könüllü evtanaziya (ölüm) hüququnu tanıyıb. bu prosedur kommersiya tibb təşkilatının nümayəndəsi və ya tibbi praktika ilə məşğul olan hər hansı həkim tərəfindən həyata keçirilə bilər.
Akif Nəsirli

0.030898809432983