Erməni hüquq müdafiəçisi: “Biz mədəniyyət daşıyıcısı deyilik, zorakılıq cəmiyyətiyik”
Paralel.az xəbər verir ki, Nikol Paşinyanın əsir düşənlərlə bağlı Milli Assambleyada dedikləri müzakirələrə səbəb olub.
Hüquq müdafiəçisi Zaruhi Ovhannisyan bu barədə açıqlama verib: “Ölkənin öz vətəndaşlarının məhbus statusunda qalmaması üçün qoruması barədə real təsəvvürü yoxdur.
Mən çoxdan bəyan etmişəm ki, biz cəmiyyət, mədəniyyət daşıyıcısı deyilik, zorakılıq cəmiyyətiyik. Çıxışlar, xüsusən də tribunalardan səslənənlər zorakılıq mədəniyyətindən qaynaqlanır. Onlar insan həyatını qorumaq məqsədi daşımır.
Xalq o qədər zorakılıq və ayrı-seçkilik görüb ki, artıq bu cür qəbuledilməz bəyanatları qəbul etmir.
Biz ölümün ardınca gedirik, insanları yaşamaqdansa ölməyə çağırırıq. Ölümə sitayiş edən cəmiyyətlərin gələcəyi yoxdur”.
Nigar