Rusiya hücum helikopteri beynəlxalq sərgidə nümayiş etdirilib
Paralel.az xəbər verir ki, “Rostec” dövlət korporasiyasının “Rusiya Helikopterləri” holdinqinin baş direktoru Andrey Boqinski Rusiyanın hücum helikopterlərindən bəhs edib: “BƏƏ-də keçirilən “Dubai Airshow 2021” beynəlxalq sərgisində xarici müştərilərin Rusiyanın ən yeni Ka-52M və Mi-28NE hücum helikopterlərinə marağı yüksək olub. Sərginin əsas yeniliklərindən biri Mi-28NE hücum helikopterinin beynəlxalq premyerası olub.
“Gecə ovçusu”nun bu modifikasiyası heç vaxt xarici sərgilərdə nümayiş etdirilməyib. Ka-52 ilk dəfə Dubay Airshow-da iştirak edib. Aviasiya şousu çərçivəsində təyyarə uçuş proqramında iştirak edib. O, real hava döyüşlərində istifadə olunan mürəkkəb akrobatika və manevr elementlərini nümayiş etdirib”.
Nigar