"AZƏRSU ASC"-dən prezidentə şikayət ünvanlanıb

 

Azərbaycan  Respublikasının Prezidenti cənab İlham  Əliyevə                                                  

surəti:

Azərbaycan Respublikasının birinci vitse Prezidenti Mehriban xanım Əliyevaya 

Füzuli rayonu Böyük Bəhmənli kəndində qeydiyyatda olub Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində yaşayan İsmayılov Elnur Mənsur oğlu tərəfindən                                                                                  

Şikayət ərizəsi

Hörmətli cənab Prezident və Mehriban xanım.

Mən bundan əvvəlki müraciətlərimdə AZƏRSU ASC-nin keçmiş sədri Qorxmaz Hüseynovun qardaşı Faiq Hüseynovun və komandasında yer almış Elçin Şirinovun, Şamil Abdullayevin və Əkbər Nəsirovun ARDNŞ-nin Geologiya və Geofizika idarəsindən 60.000000 (altmış milyon) AZN vəsaiti əlbir olub, mütəşəkkil cinayətkar dəstə şəklində müxtəlif yollarla talan etmələri barədə 2014-cü ildən bu günəcən müddət buraxmadan təkzibedilməz faktlardan ibarət 700 (yeddi yüz) ədəddən çox şikayət ərizələrini Prezident Administrasiyasına göndərmişəm. Müraciətlərimdə göstərmişəm ki, Faiq Hüseynovun qanunsuz əməllərinə qarşı çıxdığım üçün onun tərəfdən qərəzli şəkildə qanunsuz işdən çıxarılmışam. Bu mütəşəkkil cinayətkar dəstənin korrupsioner əməllərini ifşa etdiyim üçün dəfələrlə Faiq Hüseynovun ölüm təhdidlərinə məruz qalmışam. Nəzərinizə çatdırıram ki, Faiq Hüseynov ölkədə müəyyən şəxslərin adından istifadə edir ki, bunlardan da biri  Xüsusi Dövlət Mühafizə  Xidmətinin rəhbəri Bəylər Eyyubovdur. Faiq Hüseynov söyləyir ki, qardaşım Qorxmaz Hüseynov və mən Bəylər Eyyubovun himayəsindəyik.                      

Hörmətli cənab Prezident və Mehriban xanım.  

Mənim sizə tez-tez müraciət etməkdən başqa əlacım qalmayıb.Ölkədə hər kəs sizin vətəndaşların yaxşı yaşaması üçün gecə-gündüz çalışdığınızı bilir,məhz buna görədə xalqımız hər seçkidə sizə böyük etimad göstərir.Lakin Qorxmaz Hüseynov,qardaşı Faiq Hüseynov və onların havadarları olan böyük məmurlar vəzifələrindən sui-istifadə edərək bizi incidir.                                            

Hörmətli cənab Prezident və Mehriban xanım.   Artıq yeddi ildir ki,mən Azərbaycan Respublikasının Baş Prokuroruluğunun süründürməçilik əməllərindən əziyyət çəkirəm.Belə ki, 2014-cü ilin mart ayından bu günəcən Azərbaycan Respublikasının Baş Prokurorluğuna bu mütəşəkkil cinayətkar dəstənin təkzibedilməz korrupsiya əməlləri haqda yeddi yüzdən çox şikayət ərizəsi göndərmişəm.Bundan əlavə Prezident Administrasiyası da daxil olmaqla başqa instansiyalara göndərdiyim yüzlərlə şikayət ərizələri də Baş Prokurorluğa göndərilmişdir. Baş Prokurorluqdan isə ərizələrim aidiyyatı üzrə müvəqqəti yaşadığım Sabunçu rayon Prokurorluğuna göndərilib.Yeddi il ərzində bir neçə dəfə Sabunçu rayon Prokurorluğuna dəvət olunmuşam,orada izahatım və ərizələrimdə göstərdiyim korrupsiya faktlarına aid sübutlar alınsa da bu mütəşəkkil cinayətkar dəstənin hüquqazidd əməllərinə heç bir hüquqi qiymət vürilməmişdir.                                                        

Hörmətli cənab Prezident və Mehriban xanım.         

Dəfələrlə Respublikanın Baş Prokuroru hörmətli Kamran müəllimə mətbuatla və şikayət ərizələri ilə çoxsaylı müraciətlərimdən sonra Sabunçu rayon Prokurorluğuna çağrılıb dindirilsəm də,sonda heç bir nəticə olmamışdır. Sabunçu rayon Prokurorluğu küllü miqdarda korrupsiya faktlarını ört-basdır etməyə çalışır. Bu günəcən göstərdiyim korrupsiya faktları ilə bağlı heç bir qərar qəbul etməyib,qəbul edibsədə bu günəcən bu barədə məni məlumatlandırmayıb. Sabunçu rayon Prokurorluğu göstərdiyim təkzibedilməz korrupsiya faktları haqda nə bir qərar qəbul edir nə də araşdırmanın yeddi il ləngiməsinin səbəbləri haqda mənə hər hansı bir ağlabatan məlumat verir. Nəticədə isə mən yeddi ildir ki işsizəm. Məni işsiz qoyub,dövlətin küllü miqdarda vəsaitini talan edən mütəşəkkil cinayətkar dəstə isə hələ də qanunsuz öz çirkin əməllərini davam etdirirlər. Belə bir təsürat yaranır ki Sabunçu rayon Prokurorluğu bu işi yeddi il uzatmaqda, sanki cinayətkarlara xidmət edir.              

Hörmətli cənab Prezident və Mehriban xanım.            

Baş Prokurorluqda aidiyyatı vəzifə tutanlar isə müraciətlərimi cavabsız qoyub mənə aldadıcı cavablar verirlər,tabeçiliyində olan Prokurorluğun qanuna zidd əməllərinə göz yumurlar və ən azından Baş Prokurorluğun 30.07.2020-ci il tarixli kollegiyasında təsdiq olunmuş "işin təşkili qaydaları"nın tələblərinə biganəlik nümayiş etdirirlər.Bütün bu qanunazidd əməllər isə barəsində şikayət etdiyim mütəşəkkil cinayətkar dəstəyə himayədarlıq edildiyini düşünməyə əsas verir ki,vaxtında qarşısı alınmazsa, nəticədə mötəbər bir dövlət qurumunda yeni bir korrupsiyalaşmış dəstənin "lövbər saldığı"aşkara çıxması ehtimal oluna bilər.İnanıram ki,zamanları yetişəndə ifşa olunaraq layiqli cəzalarını alacaqlar.Əlbəttə ki, bu sözlər heç də məmnuniyyətlə deyilmir, ancaq həqiqəti deməmək də olmur.                                                                  

Hörmətli cənab Prezident və Mehriban xanım.    

Mən uzun illər ərzində özbaşınalıqla məşğul olan,Dövlətin əmlakını talayıb oğurlayan,xüsusilə küllü miqdarda dövlət vəsaitini talayan, dövlətin büdcəsinə küllü miqdarda ziyan vurmuş və bu gün də davam etdirən mütəşəkkil cinayətkar dəstə barədə yeddi yüzdən çox şikayət ərizələrimin Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada baxılıb tədbir görülməsini, Sabunçu rayon Prokurorluğunun qanuna zidd əməllərinə hüquqi qiymət verilməsini sizdən xahiş edirəm. Sonda onu da nəzərinizə çatdırmaq istəyirəm ki,Baş Prokurorluğa bu qanunsuzluqlarla bağlı müraciət etsəm də ,bu günəcən müraciətlərim cavabsız qalıb.

  Hörmətli cənab Prezident və Mehriban xanım.  

Sizin ədalətli mövqeyinizə güvənərəkdən ümüd edirəm ki,işin ədalətli həll olunmasından ötrü əlinizdən gələni əsirgəməyəcəksiniz!                                           

İmza:  İsmayılov Elnur                                     Tarix: 22.11.2021  

Paralel.az

0.070504903793335