Ruhun şad olsun Səmayə ana!
Həyatını elmə həsr edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun Tətbiqi dilçilik şöbəsinin böyük elmi işçisi, fil.ü.f.d., dos. Mətanət Tağıyeva dünyasını dəyişmiş anası ilə bağlı hisslərini belə ifadə edir..
Mətanət xanım yazır...
75 illik ömrünü bizə həsr eləmişdi. Mühəndis-mexanik diplomunu bir filoloq və bir tarixçi qızına qurban verdi. 23 il mənimlə birgə elm yolunda çalışdı. 10 noyabr 2021-ci il anam Səmayə Qasımbəy qızı Əliyeva bizi tərk etdi. Haqqa qovuşacağı günə 24 il əvvəl hazırlaşmışdı, nənəmin yanında son mənzilinin təməlini qoymuşdu. Nikbin idi, bu dünyada təzə mənzil arzusu ilə köhnə evdən çıxmırdı. Son dəfə evi bu dünya sakini olaraq tərk etdi. təcili yardım xərəinə şahzadə kəcavəyə oturantək oturdu. Son saatlarını qətiyyən yataqda keçirmək istəmədi. Kəskin ürək tutması isə ona nə ayağa qalxmağa, nə də uzanmağa imkan verdi. Bacılarım deyir ki, anamızın ruhu göylərə quştək uçdu. Uca Yaradandan diləyim budur ki, anamın son dünya əzabını yüngülləşdirdiyi qədər ruhlar aləmində də rahatlıq versin və günahlarını bağışlasın.
P.S. “Paralel” qəzetinin kollektivi adından Səmayə xanıma Allahdan rəhmət diləyirəm! Amin!
Şahnaz Salehqızı