İranda Azərbaycan dili tədris ediləcək

İranda Azərbaycan dili tədris ediləcək
 

Paralel.az xəbər verir ki, İran Parlamentinin Tədqiqat, texnologiya və təhsil komissiyasında yerli dillərin tədrisi ilə bağlı layihə qəbul edilib.

Bunu Təbrizi İran parlamentində təmsil edən deputatlardan biri Əlirza Munadi-Sefidan deyib.

İran Parlamentinin Tədqiqat, texnologiya və təhsil komissiyasının sədri bildirib ki, ölkə konstitusiyasının 15-ci maddəsinə əsasən parlamentin sözügedən komissiyası çərçivəsində yerli xaqlarların dillərinin tədrisi ilə bağlı layihə qəbul edilib.

Layihənin qəbul edilməsi üçün 30 deputat tərəfindən müraciətin olunduğunu deyən Əlirza Munadi-Sefidan belə bir addımın ölkə konstitusiyasıının 15-ci maddəsinə əsaslandığını qeyd edib.

“İran İslam Respublikasının konstituiyasının 15-ci maddəsində fars dili ilə yanaşı ana dilinin tədrisi də vurğulanır. Bu qanunda deyir: İran xalqının müştərək, rəsmi dili və əlifba xətti fars dilidir. Sənədlər, rəsmi mətnlər, dərs kitabları bu dildə və bu əlifbada olmalıdır. Lakin yerli dillərdən mətbuatda və mediada istifadə etmək, fars dili ilə yanaşı həmin dillərin ədəbiyyatının məktəblərdə tədrisi sərbəstdir”,

- deyə iranlı deputat əlavə edib.
Akif Nəsirli

0.050402879714966