Bayden səlahiyyətlərini qısa müddətə vitse-prezidentə ötürəcək

Bayden səlahiyyətlərini qısa müddətə vitse-prezidentə ötürəcək
 

Paralel.az Amerika mətbuatına istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden səlahiyyətlərini qısa müddətlik vitse-prezident Kamala Harrisə ötürəcək.

Bildirilib ki, Bayden tibbi müayinədən (kolonoskopiya) keçmək üçün anesteziya olunacaq, buna görə də Prezident səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Kamala Harrisə ötürəcək.

Şahnaz Saleh

0.026692152023315