Ana və oğul eyni vaxtda intihar edib
Paralel.az xəbər verir ki, Bakıda eyni gündə anası həyətdə, oğlu isə dənizdə intihar edib.
1991-ci il təvəllüdlü Elşən Həsənovun meyiti Corat qəsəbəsində dəniz sahilində tapılıb.
Onun noyabrın 12-də özünü dənizə ataraq intihar etdiyi, daha sonra meyitini dalğaların sahilə çıxardığı məlum olub.
Məlumata görə, Elşən Həsənovun anası Rəfiqə Həsənova da noyabrın 12-də intihar edib.
Anasının özünü asaraq həyatına son qoyduğunu görən gənc dərin sarsıntı keçirib və evdən çıxaraq dəniz sahilinə yollanıb. Həmin gün özünü dənizə ataraq intihar edib.
Akif Nəsirli