Gürcüstan "3+3" formatından imtina etdi
Paralel.az-ın gürcü mediasına istinadən məlumatına görə, Gürcüstan XİN rəhbəri David Zalkaliani bəyan edib ki, Rusiyanın iştirakına görə, "3+3" formatına qoşulmaqdan imtina edir.
O, parlamentdə çıxışı zamanı bildirib ki, bu qərar barədə artıq Bakı və Ankaraya məlumat verilib.
Qeyd edək ki, "3+3" formatına Rusiya, İran, Türkiyə, Gürcüstan, Ermənistan, Azərbaycan qoşulmalı idi.
Akif Nəsirli