Dünyanın ən ölümcül ağacı
Paralel.az xəbər verir ki, ABŞ-ın Florida ştatında çimərlik alması və ya zəhərli guava kimi tanınan Manchinel ağacının təhlükəsi aşkar edilib. Budaqlarının altında dayanmağın belə ölümcül olduğu ağac “dünyanın ən təhlükəli ağacı” kimi Ginnesin Rekordlar Kitabına daxil edilib.
Yaşıl almaya bənzər meyvələri ilə diqqət çəkən ağac indiyədək yalnız Florida ştatında və Karib dənizinin bəzi bölgələrində görünüb.
Ginnesin Rekordlar Kitabına görə, ağacın altında yağışda dayanmaq çox təhlükəlidir. Yağış damcıları ordan insanın dərisinə damarsa, fəlakət olar. Onun kiçik yaşıl almaya bənzər meyvəsindən bir dişləmə isə şiddətli ağrıya və ölümə səbəb ola bilər.
Bir sözlə, xalq arasında “çimərlik alması” kimi tanınan ağac ciddi problemlər mənbəyidir. Milli Sağlamlıq İnstitutu da onun südlü şirəsinin dəri ilə təmasının qabarcıq, yanma və iltihab, üç günə qədər korluqla müşayiət olunan konyunktivitə səbəb olduğunu bildirir.
Mütəxəssislər ağacın budaqlarından odun kimi istifadənin də təhlükəli olduğunu bildirib və ağacın yerləşdiyi ərazilərə xəbərdarlıq lövhələri asıblar.
Nigar