Polşa  müdafiə naziri miqrantların cəhdlərindən üsyanından  danışdı

Polşa  müdafiə naziri miqrantların cəhdlərindən üsyanından  danışdı
 

Paralel.az xəbər verir ki, Polşanın müdafiə naziri Mariuş Blaşçak Polsat telekanalının efirində bildirib ki, dünən gecə miqrantlar Belarus-Polşa sərhədinə hücum etmək cəhdlərini davam etdiriblər.

“Bu gecə əvvəlkilərdən heç nə ilə fərqlənmirdi. Sərhədi zəbt etmək cəhdləri olub”, - deyə RİA Novosti onun sözlərindən sitat gətirib.

Nazir qeyd edib ki, qeyri-qanuni mühacirlər taktikalarını dəyişərək müxtəlif yerlərdə kiçik qruplar halında sərhədə hücum edirlər.

Polşa Sərhəd Mühafizəsi əvvəllər, lazım gələrsə, miqrantlara qarşı silah tətbiq etməyə hazır olduqlarını açıqlamışdı.
Akif Nəsirli

0.06914496421814