Erməni politoloq xalqını təhqir etdi

Erməni politoloq xalqını təhqir etdi
 

Andranik Mihanyan: "Ümümiyyətlə sizin yeriniz zibillikdir və dövlət sahibi olmağa haqqınız yoxdur"

Paralel az erməni mediasına istinadən xəbər verir ki, erməni politoloq Andranik Mihanyan öz xalqını təhqir edərək deyib ki, sizin yeriniz zibillikdir: "Erməni xalqı deyirdi ki, biz uşaqlarımızı Qarabağa göndərmək istəmirik, biz döyüşmək istəmirik. Döyüşmək istəməyənin axırı belə olmalıdır. Bilirsiniz nə var, ümümiyyətlə sizin yeriniz zibillikdir və dövlət sahibi olmağa haqqınız yoxdur. Döyüşə bilməyənə heç kim hörmət qoymur".

Politoloq bildirib ki, ermənilərin bu günə düşmənlərinin səbəbi elə özləridir: "Bizim yeganə tərəfdaşımız Rusiya idi, biz ona arxa çevirdik. Ötən ilki müharibədə Rusiyanı xəyanətdə suçladıq. Axı bizim qadınlar oğullarını döyüşə göndərmədilər, uşaqlarımız Qarabağa getməsin, dedilər. Belə olan halda rus gəlib bizi qoruyacaq? Özü özünü qorumayanı heç kəs qoruyası deyil, bundan tam əmin ola bilərsiniz. Görün Rusiyadan nə qədər uzaq düşdük ki, Moskva son hadisələri yalnız "sərhəd olayları" adlandırır. Əgər sən döyüşmürsənsə, bir daha təkrar edirəm, sənin yerin zibillikdir".
Akif Nəsirli

0.061172008514404