Moskvada müsəlmanlar üçün ibadət otaqları

Moskvada müsəlmanlar üçün ibadət otaqları
 

Paralel.az xəbər verir ki, Moskvada müsəlmanlar metro və ticarət mərkəzlərində ibadət otaqlarının açılmasını istəyirlər.
Bu barədə Moskva Katedral Məscidinin baş imamı  İldar Alyautdinov bildirib: “Biz müəssisələrdə ibadət otaqları açırıq. Məsələn,  onlar hava limanlarında, hospislərdə, bəzi tibb mərkəzlərində olurlar.  Biz ticarət mərkəzləri ilə də danışıqlar aparmağa çalışırıq.
İctimai yerlərdə namaz qılmaq şəhərdə kifayət sayda ibadət otağının olmamasından yaranan məcburiyyətdir. İnsanların  metroda, küçələrdə namaz qılması asan məsələ deyil.
Namaz müsəlmanın həyatının əsasını təşkil edir. Bu, möminin harada olmasından asılı olmayaraq gündə beş dəfə ciddi şəkildə yerinə yetirməli əməldir. Namazların müəyyən halda azaldılması  yalnız fərdi hallarda,  səfər və ya xəstəlik zamanı ola bilər.
 Paytaxtda təxminən 3-3,5 milyon müsəlman yaşayır ki, onun 2 milyonu yerli sakin, qalanı isə miqrantdır. Ümumilikdə dörd məscid var.
Moskvada ibadət otaqları da var. Lakin ibadət otağı mədəniyyət mərkəzini və ya məscidi əvəz etmir”.
Nigar

0.0092489719390869