Ermənistan hökuməti seçiciləri 750 min dollar rüşvətlə “alır”
Paralel.az xəbər verir ki, Ermənistan hökumətinin ehtiyat fondundan baş nazirin aparatına 350 milyon dramın ayrılması qərara alınıb: “Bu fakt yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində böyük narahatlıq yaradıb. Çünki məsələ ictimai müzakirəyə düşməyən mövzulara daxil edilib və onun bəzi məqamları tamamilə məxfidir. Bəzi naməlum təsərrüfatlara 750 min dollar pul ayrılmasına dair heç bir izahat verilmir.
Ola bilsin ki, dövlət ehtiyat fondundan ayrılan 750 min dollar seçicilərin rüşvətlə alınması üçün icmalar arasında bölüşdürülsün”.
Nigar