Kreml NATO Şərqə doğru sürükləndiyini bildirdi

Kreml NATO Şərqə doğru sürükləndiyini bildirdi
 

Prezidentin sözçüsü Peskov NATO-nun hərbi infrastrukturunun Şərqə doğru sürükləndiyini açıqlayıb

Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml NATO-nun hərbi infrastrukturunun Şərqə doğru sürüklənməsinin səbəbini Ukraynanın təxribatçı hərəkətlərində və onun silahlandırılma ehtiyacından görür.

“Prezident Vladimir Putin dünən bizə Rusiya Federasiyasının aldadıldığı yaxın keçmişimizi xatırlatdı. Mən sadə insan dilində danışıram. NATO Rusiyaya Şərqə getməyəcəyinə söz verdi, lakin sonra biz aldadıldıq - NATO daha da Şərqə getdi. İndi çox oxşar ssenari müşahidə olunur, biz NATO-nun hərbi infrastrukturunun Şərqə doğru sürüklənməsini görürük. NATO dövlətləri tərəfindən Ukraynanın sürətli silahlandırılması prosesini görürük. NATO-nun təxribatçı hərəkətləri edir. Təbii ki, bütün bunlar Rusiyanı öz maraqlarını və təhlükəsizliyini qorumaq - təmin etmək üçün cavab verməyə, tədbirlər görməyə məcbur edir”, - Peskov bildirib.
Akif Nəsirli

0.01976203918457