Ermənistan Rusiyaya daha sıx sığınmaq istəyir
Paralel.az-ın məlumatına görə, Ermənistanın müdafiə və təhlükəsizlik məsələləri üzrə parlament komissiyasının sədri, hakim partiyadan olan deputat Andranik Koçaryan deyib ki, Ermənistan Rusiyaya rəsmi şəkildə bildiriş göndərib: "Bu bildirişlər Ermənistan Rusiyanın təkliflərini qəbul edib. Mənim bir az bu haqda məlumatım var və deyə bilərəm ki, söhbət sıfırdan başlamaqdan gedir. Ermənistan prosesdə (demarkasiyavə delimitasiya) iştirak etmək razılığını verib. Şərtlərin tərkibi haqda nəsə demək hələ tezdir. Biz hələ ki, hazırlıq işlərindən danışırıq".
Qeyd edək ki, Ermənistan Rusiyanın təhlükəsizlik sisteminə daxil olmaqla Azərbaycana qarşı törətdiyi təxribatların cavabını sığortalamaq istəyir. Ermənilər düşünür ki, 90-cı illərin əvvəllərindəki kimi, rus əsgərlərinin şineli altından Azərbaycana zərbə vuracaq, Azərbaycan Ordusu isə rus əsgərlərini görüb buna cavab verə bilməyəcək. Amma ermənilər yanılır, Azərbaycan əsgəri istənilən təxribatı cavabsız qoymayacaq.
Akif Nəsirli