İran çobanları Ermənistana can atır
İranlı çobanların Ermənistanda işə götürülməsi ilə bağlı elan verilib. Aylıq maaş 400 dollar, ərəb dilini bilənlər üçün 500 dollar.
“3 ildir ki, mal-qara ixracına qadağa qoyulması ilə üz-üzəyik. Bizim kənara çəkilməyimizlə, Ermənistan və Gürcüstan kimi ölkələr Fars körfəzi ölkələrinin mal-qara bazarında fəallaşıblar”. Bu barədə İranın Heyvandarlıq Tədarükü Şurasının sədri məlumat verib.
Mənsur Purian bildirib ki, Ermənistandan Fars körfəzi ölkələrinə mal-qara ixracı İran üzərindən həyata keçirilir: "Bu məsələ bizi narahat edir ki, bir vaxtlar həmin bazarlar bizim olub. Təəssüf ki, yanlış ixrac siyasəti ucbatından onları itirmişik.
Ərəblərə hələ doğmamış İran quzusu çox xoş gəlir. Ona görə də öz məhsullarının keyfiyyətini İran istehsalına yaxınlaşdırmaq üçün iranlı çobanları işə götürürlər.
Ərəb ölkələrindən sahibkarlar mal-qara almaq üçün Ermənistana çox gedib-gəlir və dil problemi olduğuna görə öz dillərini mükəmməl bilən insanlarla sövdələşməyə meyllidirlər".
Akif Nəsirli