Erməni KİV: “Bizim seçimimiz yoxdur!”
Paralel.az xəbər verir ki, erməni KİV-i Rusiyaya yönəlik müəllif yazısıyla çıxış edib: “Türkiyə faktoruna görə Rusiya mayın 12-dən, Azərbaycan Ermənistanın 41 kvadrat kilometrini işğal etdiyi vaxtdan bəri susur. Ermənistan torpaqları tapdalanır, Rusiya və KTMT-də isə guya belə bir şey baş vermir, konkret addımların atılması üçün heç bir əsas yoxdur.
Rusiyanın Ermənistanı yenidən necə təslim etdiyinə dair yeni sübutdan sonra bütün sözlər mənasızdır. Rusiyanın qorxaq davranışını görən bir neçə müttəfiqlərin hamısı ondan üz döndərəcək.
Rusiyalı siyasətçilər, politoloqlar açıq şəkildə bəyan edirlər ki, bizim seçimimiz yoxdur, Ermənistan həmişəlik Rusiya nə istəyirsə, onun xəyanəti də daxil olmaqla, dözməyə məhkumdur. Bu xoşagəlməz sualı təkrarlamaq məcburiyyətindəyəm - Rusiyadan nəsə gözləməyə haqqımız varmı?
Paşinyanın dediklərinə qulaq asın: “Biz danışıqları tam bərpa etmək zərurəti haqqında danışanda məqsədimiz sülh müqaviləsi imzalamaqdır. Bundan əvvəl sülh müqaviləsinin mətninin razılaşdırılması üzrə iş aparılmalıdır. Biz bu işdən imtina etməmişik və bu məsələni gündəmimiz hesab edirik”.
Nigar