Erməni mətbuatı düşmən obrazında
Paralel.az xəbər verir ki, erməni mətbuatı “bədbəxt və yazıq” obrazına sadiq qalaraq hiddətlə dolu məqalə ilə çıxış edib: “Siyasətçilərin sözləri ilə əməllərinin uyğunluğunu yoxlamaq vacibdir. Eyni şey diplomatlara da aiddir.
Rusiya XİN-in Qarabağa dair üçtərəfli bəyanatın imzalanmasının ildönümü ilə bağlı bəyanatında deyilir ki, Rusiya Ermənistan və Azərbaycanla əlaqə saxlamaq üçün müstəsna hüquq əldə etmək niyyətində deyil.
Rusiyanın tarixi və strateji müttəfiqinə xəyanət etməsi faktı, Lavrovun sözləri xüsusilə gülünc səslənir. Rusiya faktiki olaraq həm Ermənistana, həm də Azərbaycana təzyiq vasitələrini buraxmamağa çalışır. Bizə daha çox təzyiq göstərməyi bacarırlar. Ermənistan daha kiçik, daha zəif və Rusiya Federasiyasından daha çox asılıdır”.
Nigar