Paşinyan Bakını sərhədlərin demarkasiyası prosesini ləngitməkdə ittiham edib

Paşinyan Bakını sərhədlərin demarkasiyası prosesini ləngitməkdə ittiham edib
 

Paşinyan: "Rusiya üç dəfə sərhədlərin demarkasiyasına başlamağı təklif edib, lakin Bakı prosesi ləngidir"

Rusiya may ayından bəri üç dəfə Ermənistan və Azərbaycan arasında sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağı təklif edib.
Paralel.az RİA Novosti-ya istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

“May ayından bəri Rusiya Federasiyası üç dəfə sərhədlərin demarkasiyası və delimitasiyası prosesinə başlamağı təklif edib və biz üç dəfə razılığımızı vermişik”, - Paşinyan bildirib.

Onun fikrincə, proses Azərbaycan tərəfindən yubandığından - Bakıdan cavab gəlmədiyindən irəliləyiş yoxdur.

Paşinyan həmçinin bəyan edib ki, vəziyyəti sülh yolu ilə həll etmək, o cümlədən sərhədin delimitasiyası və demarkasiyası prosesinə başlamaq çox vacibdir.

Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, Ermənistan tərəfində gedən döyüşlər nəticəsində ölən və yaralananlar var. Ermənistan tərəfinin iki döyüş mövqeyini itirdiyi də məlumdur. Həmin gün Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanla sərhəddə vəziyyətin gərgin olaraq qaldığını, hərbi əməliyyatların davam etdiyini bildirib. Günün sonunda RF Müdafiə Nazirliyi bildirib ki, Rusiyanın hərbi naziri Sergey Şoyqu ilə onun erməni və azərbaycanlı həmkarları arasında telefon danışığı nəticəsində tərəflər Kilisəlı sərhəd dağı yaxınlığında döyüşləri dayandırıb.
Akif Nəsirli

0.056622982025146