«Xruşovka»lar niyə sökülür?

«Xruşovka»lar niyə sökülür?
 
Məqsəd asan pul qazanmaqdır
 
Paralel.az xəbər verir ki, Bakının mərkəzində heç bir normal infrastrukturu olmayan xırda evlər qaldığı halda,«Xruşovka»ların sökülməsi çox ciddi məqamlardan xəbər verir. Aidiyyəti qurumlar bu binaların sökülməsini şəhərsalma infrastrukturunun yenilənməsi kimi qələmə verməyə çalışsalar da, əmlakçılar bununla razılaşmırlar. Onlar hesab edirlər ki, tikinti şirkətlərinə oturuşmuş  infrastruktura malik beşmərtəbələri söküb, yerində çoxmərtəbəli binalar inşa etmək daha sərfəlidir. Çünki sovet şəhərsalma prinsiplərinə görə, hər bir məhəllənin geniş həyəti, uşaq meydançası, yaşlılar üçün istirahət yerləri olmalıydı. Yeni yaşayış binaları inşa edən şirkətlər qarşısında isə heç kim  belə bir tələb qoymur. Tikinti şirkəti də, sadəcə vətəndaşlara məxsus yaşayış sahəsindən bir qədər artıq, yəni 29-30 kv/m sahəsi olan vətəndaşa 40-45 kv/m mənzil təklif etməklə işini bitmiş hesab edir. Maraqlıdır ki, məsələn,Yasamal rayonunun Şərifzadə küçəsində beşmərtəbələrin sökülməsinə nə üçün, məhz «İnşaatçılar» metrostansiyasının ətrafından başlanıb? Əgər tikinti şirkəti şəhərsalma infrastrukturuna yenilik gətirmək istəyirdisə, nə üçün elə həmin binalarla üzbəüz olan gecəqondulardan başlamadı? 
Demək ki, istər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, istərsə də Yasamal rayon icra hakimiyyətinin açıqlamaları da, məhz tikinti şirkətinin mövqeyini müdafiə etmək xarakteri daşıyır və burada araşdırılmalı çox ciddi məsələlər var.. 
Şəhərdə normal infrastrukturun yaradılması barədə deyilənlər isə yalnız gözdən pərdə asmaq üçündür.
Yusif
0.018717050552368