Almaniya Lukaşenkonun legitimliyini tanımaqdan imtina etdi
Almaniya Nazirlər Kabineti: "Almaniya miqrantlara kömək etmək üçün Lukaşenko ilə danışıqlar aparmağı zəruri hesab edir"
Paralel.az xəbər verir ki, Almaniya hökuməti Aleksandr Lukaşenkonun Belarus prezidenti kimi legitimliyini tanımaqdan imtina edib, lakin miqrantlara yardım göstərmək üçün onunla danışıqlar aparmağı zəruri hesab edir.
TASS xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib.
.Onun sözlərinə görə, Minsklə təmaslar minlərlə insan üçün həyəcanlı humanitar vəziyyəti yaxşılaşdırmaq üçün lazımdır.
Akif Nəsirli