Paşinyan ABŞ-a dəvət edilməyib
Paralel.az xəbər verir ki, politoloq Suren Sarkisyan Paşinyanla bağlı təkzib verib: “Paşinyanın Demokratiya Sammitində iştirak etmək üçün Baydendən dəvət alması məlumatı yayılıb. Hətta Paşinyanın yaxın günlərdə ABŞ-a dəvət olunduğu xəbəri də yayılıb.
Birincisi, Bayden Paşinyanı dəvət etməyib, o, 120-yə yaxın ölkənin liderini dəvət edib. Sammit onlayn olduğu üçün Paşinyanla Baydenin görüşü də nəzərdə tutulmur. Həm də dəvət dünənki qarşıdurma zamanı deyil, bir neçə gün əvvəl olub. Nəhayət, onlayn tədbir yaxın günlərdə deyil, dekabrın 8-dən 10-a kimi baş tutacaq”.
Nigar