Ermənistan itkilərinin sayını gizlədir
Paralel.az erməni mediasına istinadən xəbər verir ki, Ermənistan parlamentində narazılıqlar yaranıb.
Belə ki, müxalifət blokundan olan deputatlar dünən Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərdə ölən və yaralanan erməni hərbçilərinin dəqiq sayının gizlədildiyindən narazıdırlar.
Qeyd edək ki, Ermənistan MN-in məlumatında 24 əsgərin itkin düşməsi faktı yer alıb. Deputatlar güman edir ki, hökumət həlak olmuş hərbiçiləri itkin düşmüş kimi təqdim edir.
Akif Nəsirli