İranlıların 30%-i ruhi xəstədir!
Paralel.az xəbər verir ki, Ərak İslami Azad Universitetinin Tətbiqi Nevrologiya Tədqiqat Mərkəzinin direktoru deyib ki, İranda son milli müayinəyə əsasən, İran vətəndaşlarının 30%-i ruhi xəstəlikdən əziyyət çəkir. Bu da dünyada ən yüksək statistik göstəricilərdən biridir.
Həmidreza Mohacerani İSNA agentliyinə bildirib ki, İranda böyüklərin 23,4 faizi psixi pozğunluqdan əziyyət çəkir. Onların 27,6 faizi qadınlar, 19,4 faizi isə kişilərdir.