Rusiya və Ermənistan rəsmiləri sərhəd məsələsini müzakirə ediblər
Paralel.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinlə görüşüb. Erməni mətbuatına görə, onlar Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyasına tez bir zamanda başlamağı zəruri hesab edib: “Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət müzakirə olunub. Tərəflər Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesinə mümkün qədər tez başlamağın vacibliyini vurğulayıb. Həmsöhbətlər əvvəllər əldə edilmiş razılaşmanın həyata keçirilməsinə dair öhdəliklərini təsdiq ediblər. Kommunikasiyaların blokdan çıxarılması məsələsinə də toxunulub”.
Nigar