Politoloq: “Dərk etməliyik ki, artıq xilaskarımız yoxdur”

Politoloq: “Dərk etməliyik ki, artıq xilaskarımız yoxdur”
 

Paralel.az xəbər verir ki, erməni politoloq Qrant Melik-Şahnazaryan ölkəsinin hazırkı durumunu belə şərh edib: “Ermənistan aldanma içindədir. İnsanlar nə baş verdiyini başa düşmür.  
Mövqelərin və əsgərlərin təhlükəsizliyinə baş qərargah rəisi cavabdeh deyilmi?  Təhlükəsizlik Şurası nə qərar verdi? Bəs Rusiya nə deyir? Məgər biz KTMT-nin üzvü deyilik?
İnsanlar artıq heç kimə inanmamağa üstünlük verir.  Belə davam edərsə, sabah və o biri gün özümüzü daha çətin vəziyyətə salacağıq.  Bundan sui-istifadə edib mütləq xalqı başqa dağıdıcı yola sürükləyənlər olacaq.  Dərk etməliyik ki, xilaskarımız yoxdur - nə ölkə daxilində, nə də ondan kənarda. Bizim yeganə xilaskarımız özümüzik”.
 Nigar

0.026634931564331