Erməni deputat: “Məğlubiyyətə doğru sürüklənməkdəyik”
Paralel.az xəbər verir ki, deputat Artur Vanetsyan məğlub Ermənistanın uçuruma doğru getməsindən bəhs edib: “Ölkəyə məğlubiyyət gətirən güc onu hər gün məğlubiyyətə doğru sürükləyir. Bu hakimiyyət getməlidir. Onlar ölkəmizin təhlükəsizlik problemlərini həll edə bilmirlər.
Bu gün sərhədlər Azərbaycanın diktə etdiyi gündəmə uyğun olaraq çəkilir. Ermənistan hakimiyyəti isə azərbaycanlıların davranışlarına haqq qazandıraraq, bunun Azərbaycan əraziləri olduğunu bildirir. Bu vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görməliyik”.
Maraqlıdır, “sinəsinə döyən” Ermənistan hansı ordu və resurslarla bu vəziyyətdən çıxa bilər?
Nigar