Müdafiə Nazirliyində “müharibə”
Paralel.az xəbər verir ki, erməni mətbuatı Suren Papikyanın müdafiə naziri təyin edilməsini müvəqqəti adlandırıb: “Hökumətdəki mənbələrin məlumatına görə, Paşinyan Papikyanı Müdafiə Nazirliyinə bir məqsədlə - müdafiə idarəsində baş verənləri anlamaq üçün göndərib.
Müdafiə Nazirliyində sərhəddəki vəziyyətlə bağlı daxili çəkişmələr gedir. Məmurdan tutmuş sıravilərə qədər hamı məsuliyyəti bir-birinin üzərinə atır. Nazirlikdə kadr dəyişikliyi qərara alınıb. Nəticədə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Artak Davtyan, onun müavinləri və digər generalların, yüksək rütbəli hərbçilərin vəzifədən azad edilməsi nəzərdə tutulub”.
Nigar