İranda jurnalist məqaləyə görə həbs edildi
Paralel.az xəbər verir ki, İranda azyaşlı qızın molla əri tərəfindən qətlini işıqlandıran jurnalist həbsə məhkum edildi.
İranın Lorestan vilayətində molla əri və ailəsi tərəfindən öldürülən azyaşlı qızın qətlini işıqlandıran jurnalist Sina (Qulamhüseyn) Qələndəri həbsə məhkum edilib.
Bu barədə o, özü "Twitter" hesabında məlumat yayıb.
Jurnalistin sözlərinə görə, Kuhdəşt şəhər Cinayət Məhkəməsinin qiyabi formada çıxardığı hökmə əsasən, o, "yalan məlumat yaymaq" ittihamı ilə 13 ay 16 gün və "şəxsi fotoları yayma" ittihamı ilə də eyni həbs cəzasına məhkum edilib.
Akif Nəsirli