Paytaxt yollarında sürət həddi endirildi

Paytaxt yollarında sürət həddi endirildi
 

Paralel.az xəbər verir ki, hava şəraiti ilə əlaqədar paytaxtın əsas prospektlərindən bəzilərində sürət həddi endirilib.

Bu haqda bu gün, 16 noyabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Heydər Əliyev prospekti - Hava limanı - Bilgəh və Zığ dairəsi - Hava limanı yollarında bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

“Sürücülərə tövsiyə edirik ki, meterioloji amilləri nəzərə alaraq, hərəkətdə olarkən yollarda müəyyən edilən sürət həddinə riayət etsinlər”- deyə qurum sözçüsü əlavə edib.
A. Nəsirli

0.019253969192505