Ermənistan xaos içində : “Hakimiyyət erməni xalqının maraqlarını müdafiə edə bilmir”
Paralel.az xəbər verir ki, keçmiş nazir müavini Artak Zakaryan hakimiyyətə yönəlik açıqlamalar verib: “Azərbaycanlılar erməni tərəfin razılığı olmadan Goris-Kapan avtomobil yolunda gömrük postlarını yerləşdirə bilməzdilər. Bu gün Ermənistan hakimiyyəti Türkiyə-Azərbaycan layihəsini ölkəmizin əraziləri hesabına həyata keçirməkdə davam edir. Hakimiyyətin məsuliyyətsiz siyasəti ucbatından başlayan müharibə bölgədəki tarazlığı dəyişdi. Müharibə bölgədə idarəolunmaz xaos yaratdı ki, Türkiyə-Azərbaycan Ermənistanın maraqları hesabına öz maraqlarını sərbəst şəkildə irəli sürür.
Ermənistan hakimiyyəti erməni xalqının maraqlarını müdafiə edə bilmir. Minsk Qrupunun Qarabağ münaqişəsinin nizamlanması gündəliyinə qayıtması üçün şərait yaratmaq imkanımız yoxdur”.
Nigar