Ermənistan qorxuda: “Halqa daralmaqdadır”

Ermənistan qorxuda: “Halqa daralmaqdadır”
 

Paralel.az xəbər verir ki, deputat Tiqran Abramyan  Qara göldə  hərbçilər arasında döyüş olması və erməni hərbçilərin mühasirəyə alınması ilə bağlı xəbərləri təkzib edib: “Syunik indiki mərhələdə Azərbaycan üçün strateji prioritetdir. Ona görə də mühüm mövqelər və yüksəkliklər tutmaq üçün böyük resurslar tətbiq edilir.
Ermənistan və Rusiyanın dəhliz ideyasını rədd edən bəyanatları Azərbaycanı təzyiqləri artırmağa vadar edir.
Azərbaycan Ermənistanı mövqeyini dəyişməyə və dəhlizin verilməsi ilə bağlı ilkin şərtləri qəbul etdirməyə çalışacaq.
Normal ölkələr belə vaxtda təlxəklik etmək əvəzinə təhlükəsizlik üçün ciddi tədbirlər görürlər. Ermənistanın timsalında isə hökumətin yeganə vəzifəsi istefa olmalıdır.  Onun ətrafındakı halqa daralmaqda davam edir”.
Nigar

0.11723589897156