Erməni siyasətçi: “Rusiyanın köməyilə atəşkəs bağlanıbsa, Nikol bizi niyə qorxudur?”
Paralel.az xəbər verir ki, erməni siyasətçisi Armen Aşotyan Ermənistanın ötən il noyabrın 9-dan sonra bərbad vəziyyətə düşdüyünü deyib: “Erməni xalqı fəlakətli müharibəyə, minlərlə qurbana və vətən itkisinə görə məsuliyyət daşıyan bu əclaf dəstəsini aradan qaldıra bilmədi. Noyabrın 9-dan sonra bu hakimiyyətin kənarlaşdırılması zəruri idi. Öncə dünyaya göstərmək lazım idi ki, Ermənistan diz çökməyəcək və onun ləyaqəti var. Biz deməliydik ki, milli maraqlarımıza, 3+3 formatına görə, biz regionda kommunikasiya layihələrini nəzərdən keçirmirik, geosiyasi proseslərdə özümüzə alverçi kimi baxmağa imkan verməyəcəyik. Bundan əlavə, bu banda noyabrın 9-na qədər və ondan sonrakı problemlərə görə məsuliyyət daşıyır. Paşinyan deyir ki, Ermənistan qoşunları Kövsakan-Sanasər hissəsindən geri çəkilməsəydi, müharibə başlayacaqdı. Bəs niyə 9 noyabr sənədində belə bir tələb yox idi? Nikol deyəndə ki, 40 gündən sonra geri çəkilmək müharibənin qarşısını almaq üçündür, xatırlatmaq lazım idi ki, Rusiya atəşkəsə əməl olunmasının və hərbi əməliyyatların dayandırılmasının qarantıdır. Rusiyanın köməyilə atəşkəs bağlanıbsa, Nikol niyə bizi qorxudur? Belə çıxır ki, Nikol yalan danışır, qoşunların geri çəkilməsi hərbi əməliyyatlarla bağlı deyil”.
Nigar