Ermənilər “Böyük Ermənistan”ı artıq kiçik dövlət kimi də görə bilmirlər

Ermənilər “Böyük Ermənistan”ı artıq kiçik dövlət kimi də görə bilmirlər
 

Paralel.az xəbər verir ki, deputat Tiqran Abramyan təhlükəsizliyin bərpası prosesinə inanmadığını söyləyib. O deyib ki, bu proses  yerindən tərpənməyəcək və istənilən nəticəni verməyəcək: “Müdafiə Ordusunun yenidənqurmaya və islahatlara hələ çox ciddi ehtiyacı var. Müharibədən sonrakı dövrdə Müdafiə Ordusunda həyata keçirilən dəyişikliklər Ermənistandakı vəziyyətdən bir neçə addım öndədir.  Həm orduda, həm də ehtiyatda olan zabit və generallarımız orduda dəyişikliklərdə həlledici rol oynaya və istənilən çətin prosesi irəli apara bilərlər. Lakin indiki Ermənistan hakimiyyətinin bu cür davranışı, özfəaliyyəti və həvəskarlığının olmaması buna imkan vermir. Bu islahatlar və nəticədə, təhlükəsizliyin bərpası prosesi ya yerindən tərpənməyəcək, ya da istənilən nəticəni verməyəcək”.

Nigar

0.031341075897217