Erməniləri küncə sıxacaq xəritə
Sərhədlərin demiltrasiyası və demorkasiyası ilə bağlı Azərbaycanın təklifinə müxtəlif bəhanələrlə əngəl olmağa çalışan Ermənistan son nəticədə sənədli fakt qarşısında daha acınacaqlı vəziyyətə düşə bilər. Rusiya rəsmlərinin deməsinə görə, Cənubi Qafqazın əsas xəritəsi Rusiya Baş Qərargahının arxivində saxlanılır. Rusiyalı tarixçi, hərbi ekspert. O. Kuznetsov isə bildirir ki, əgər erməni tərəfi ağılsızlıq edib sərhədlə bağlı Azərbaycan tərəfinin təklifinə müqavimət göstərsə onda 1921-ci ildə bağlanmış Qars müqaviləsi ilə 4 dövlətin (Azərbaycan, Ermənistan, Gürcüstan və Türkiyə) sərhədlərini əks etdirən xəritə ilə qarşılaşmalı olacaq. Ekspert deyir ki, bu xəritə 5 nüsxədən ibarət olub və ad keçən hər bir dövlətdə, o cümlədən Rusiyada bu xəritənin bir nüsxəsi var. Tarixçi əlavə edir ki, ötən 100 ildə sərhədlərdə üç dəfə dəyişiklik olub və hər dəfə də ermənilərin xeyrinə amma bu dıyişiklik sadəcə Mərkəzi Komitənin qərarları əsasında olub. Başqa sözlə, Azərbaycan və Gürcüstandan “qardaş payı” adı altında alınan ərazilər hesabına Ermənistanın sərhədləri bir az da genişləndirilib, ancaq bunun heç bir hüququ bazası yoxdur. Bu baxımdan əgər Ermənistan bugün ona verilənlə razılaşmasa Azərbaycan sərhəd məsələsiylə bağlı 100 il ötsədə hələ də tarixi fakt olaraq hüquqi qüvvəsini saxlayan Qars müqaviləsi əsasında tərtib olunmuş xəritəni maraqlı dövlətlərin iştirakıyla beynəlxalq konfransın müzakirəsinə çıxara bilər. O. Kuznetsov əmindir ki, Azərbaycanın mövqeyini diğər iki dövlət-Gürcüstan və Türkiyə müdafiə edəcək, Rusiya isə istəməsə belə sənədlə razılaşmağa məcbur olacaq. Rusiyalı tarixçi doğru olaraq hesab edir ki, əgər Ermənistanın siyasi rəhbərliyi və erməni cəmiyyəti kimlərinsə köməyinə ümid edib bugün onlara təklif olunanlarla razılaşmasa masaya qoyulan xəritə ilə tərksilah olub küncə sıxışdırılacaq.
Səma