Kazinyan: “Baş prokuror faktları təqdim edəcəyimiz təqdirdə,  Nikol Paşinyanı həbs edəcəyinə söz verib”

Kazinyan: “Baş prokuror faktları təqdim edəcəyimiz təqdirdə,  Nikol Paşinyanı həbs edəcəyinə söz verib”
 

Paralel.az xəbər verir ki, deputat Artur Kazinyan  44 günlük müharibəni araşdıran komissiyanın işi əsasında toplanan materialların hesabatdan əlavə, baş prokurora göndərilməli olduğunu söyləyib: “Bu cinayətlər peşəkar müstəntiqlər tərəfindən araşdırılacaq, onlara qarşı cinayət işi qaldırılacaq.

Komissiyanın işinin nəticələri, faktiki məlumatlar baş prokurora göndərilməlidir. O mənə və bizim həmkarlarımıza faktlar təqdim ediləcəyi təqdirdə, Nikol Paşinyanın həbs olunacağına söz verib.

 Mənim və Milli Məclisin Müdafiə və Təhlükəsizlik daimi komissiyasındakı dostlarımızın bir prioritet məqsədi var - bu faktları tapıb baş prokurora təqdim etmək. Biz bu yolla davamlı olaraq gedəcəyik”.

Nigar

0.16098999977112