Rusiya və İran Ermənistanı sürətlə silahlandırır

Rusiya və İran Ermənistanı sürətlə silahlandırır
 

Azərbaycan 2020-ci ildə 44 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Ermənistan müharibəni dayandırmaq üçün Rusiya prezidenti V. Putinə və Fransa prezidenti Makrona yalvardı. Əgər Rusiyanın müdaxiləsi olmasaydı, çox güman ki, Azərbaycan torpağında bir nəfər də olsun erməni qalmayacaqdı.

Lakin Rusiya prezidenti V. Putinin israrlı təzyiqilə üç dövlət rəhbərləri 10 noyabr gecəsi atəşkəs barədə bəyanat imzaladılar. Nəhayət, Rusiya ordusu çoxdan cızdığı planı sülhməramlı adı ilə 28 ildən sonra yenidən Azərbaycana qayıtdı və Qarabağı işğal etdi.

Atəşkəsdən keçən bir il ərzində Rusiya və İran Azərbaycan ordusu tərəfindən darmadağın olmuş Ermənistan ordusunu dirçəltmək məqsədilə Qarabağa silah daşıyırlar.

Rusiya və İranın Qarabağa silah daşımasının Ermənistanla Azərbaycan arasında müharibəni yenidən alovlandırmağa hesablandığını hər kəs bilir. Ona görə də Azərbaycan ordusu bir an da olsun dayanmadan təlimlər keçirir.

Züleyxa

 

0.012979030609131