Voskanyan: “Sülh” məsələsində tələsmək əslində düşmənçilikdir”

Voskanyan: “Sülh” məsələsində tələsmək əslində düşmənçilikdir”
 

Paralel.az xəbər verir ki, İrəvan Universitetinin iranşünaslıq kafedrasının müdiri Vardan Voskanyan indiki şəraitdə Ermənistanın bərpası üçün vaxt qazanmağı əsas vəzifə sayır. O, deyəsən, var olması, bərpası mümkün olmayan dövlətinin əvəzinə, ilğım görür: “Ermənistanla düşmən arasında istənilən danışıqlar bir məqsəd güdməlidir - sözün geniş mənasında dövlətimizin bərpası üçün vaxtı ləngitmək.

Təbii ki, zərrə qədər mümkün olan zəif nöqtələrə zərbə vurmaq üçün öz resurslarımızı və düşmənin resurslarını dəqiq hesablamaq lazımdır.

Dövlətimizi bərpa etmək, gücləndirmək, düşmən birləşmələrini zəiflətmək, onun zəifliyini artırmaq üçün paralel proqramlar hazırlanmalı və o, mümkün qədər tez, lakin keyfiyyətli həyata keçirilməlidir.

Bakı və Türkiyə onlar üçün əlverişli olan, hazırkı vəziyyəti möhkəmləndirəcək “sülh”ə nail olmağa tələsir. Bu əsas Ermənistanın faktiki məhvinə və daha da zəifləməsinə imkan verəcək.

 Deməli, “sülh” məsələsində tələsiklik əslində düşmənçilik və şeytani bir məsələdir. Çünki bu şərtlər altında həqiqi sülh ola bilməz və bunu görməmək üçün yalnız kor olmaq lazımdır”.

Nigar

0.052089929580688