Erməni deputat xaos içində qalan ölkəsinin mövcud durumundan bəhs edir

Erməni deputat xaos içində qalan ölkəsinin mövcud durumundan bəhs edir
 

Paralel.az xəbər verir ki, “Şərəfim var” parlament fraksiyasının üzvü Tiqran Abramyan ölkəsinin hazırkı durumunu xarakterizə edib. Onun açıqlamaları bumeranqa tuş gələn məğlub ölkənin mövcud vəziyyətindən xəbər verir: “Qeyri-müəyyənlik Artsaxda ən böyük problemlərdən biri olaraq qalır. Öz müqəddəratını təyinetmə hüququnun həyata keçirilməsinə və onun beynəlxalq səviyyədə tanınmasına əsaslanmalı olan Artsaxın statusunun aydınlaşdırılması gündəmin prioriteti olmalıdır.

Bu gündəm real həyatda ideoloji, təşviqat və proqram xarakterli yanaşmalarda ifadə olunmalıdır.

Ermənistanda, Artsaxda və diasporda yaşayan, döyüşmək arzusu, iradəsi olan hər bir erməni Artsax və Ermənistan ətrafında hər hansı bir inkişaf baş verəcəyi təqdirdə, öz hərəkətlərini aydın şəkildə bilməlidir. Bütün sağlam siyasi və qeyri-siyasi qüvvələrin məqsədi cəmiyyətin ideoloji səfərbərliyinin həyata keçirilməsi olmalıdır. Ermənini çürümüş və məğlub vəziyyətindən çıxarmaq və onu uzun mübarizəyə hazırlamaq gərəkdir. Azərbaycanın nə istədiyi, nə düşündüyü, nə etdiyi  isə məsələnin ikinci tərəfidir. Bizim vəzifəmiz nə edəcəyimizi anlamaqdır.

Bizim əsas maneəmiz neft-dollar resursları və müttəfiqləri olan Azərbaycan deyil. Hökumət Ermənistanın məğlubiyyətini təmin edərək, ermənilərin qalib gəlmək üçün gücü və resursları olmadığı fikrini cəmiyyətdə kökləndirməyə çalışır. Onlara görə vəziyyətlə barışıb təslim olmaq daha düzgün olardı.

Ermənistan və Artsax uğrunda mübarizə müxtəlif zaman çərçivələrində düzgün planlaşdırılmalı və məqsədyönlü mübarizə üçün mövqe tutulmalıdır”.

Nigar

0.029148817062378