Rəsmi Ermənistan “3+3” platformasını araşdırdığını bəyan edib

Rəsmi Ermənistan “3+3” platformasını araşdırdığını bəyan edib
 

Paralel.az xəbər verir ki, Ermənistan XİN rəsmisi Vahe Gevorqyan rəsmi İrəvanın region ölkələri arasında əməkdaşlıq formatı, Türkiyə və Azərbaycanın irəli sürdüyü “3+3” platforması ilə bağlı mövqeyini şərh edib: “Bir daha vurğulamaq istərdim ki, bu mövzunun ciddi araşdırılması, risk və təhdidlərin təhlili lazımdır. Biz XİN-in fəaliyyətinin əsas prinsiplərinə əsaslanaraq bütün təklifləri bu baxımdan nəzərdən keçiririk.

Ermənistan XİN-in fəaliyyəti respublikanın xarici təhlükəsizliyinin möhkəmləndirilməsinə, dövlətin inkişafı üçün əlverişli xarici şəraitin təmin edilməsinə və islahatına, onun beynəlxalq aləmdə mövqeyinin təqdim edilməsinə, habelə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlib. Prioritetlər sırasında xaricdə Ermənistan vətəndaşlarının maraqlarının qorunması, müttəfiq və tərəfdaş ölkələrlə əməkdaşlığın gücləndirilməsi, regional problemlərin həlli də var”.

Nigar

0.015548944473267