Mexaniki sayğaclar çox pul yazır?

Mexaniki sayğaclar çox pul yazır?
 

Paralel.az xəbər verir ki, artıq bir müddətdir ki, paytaxt ərazisində smart tipli qaz və su sayğacları mexaniki sayğaclarla əvəz edilir.

Bəzi sakinlər iddia edir ki, yeni mexaniki sayğaclar smart tipli sayğaclardan daha çox pul yazır.

Bəzi yaşayış binalarında bir pilləkən qəfəsində həm smart, həm də mexaniki sayğaca rast gəlmək mümkündür. Sakinlərin sözlərinə görə, yeni sayğacların quraşdırılmasından sonra onların xərci artıb.
"Azəriqaz" İB və "Azərsu" ASC-dən isə belə halların olmasını təkzib edirlər.
Akif Nəsirli

0.077440977096558