ABŞ bir ayda Çinlə 27 raund iqlim danışıqları aparıb

ABŞ bir ayda Çinlə 27 raund iqlim danışıqları aparıb
 

Con Kerri iqlim problemlərinə görə son bir ayda iki dəfə Çinə səfər edib

Paralel.az Lenta.ru-ya istinadən xəbər verir ki, ABŞ Prezidentinin İqlim Məsələləri üzrə Xüsusi Elçisi Con Kerri son bir ay ərzində Çinlə iqlimlə bağlı 27 dəfə virtual danışıq aparıb.
O, bu barədə Qlazqoda keçirilən "COP26" iqlim konfransında şəhər merləri ilə görüşü zamanı deyib.

Həmçinin Kerrinin sözlərinə görə, o, artıq ayda iki dəfə Çinə səfər edərək, Pekini atmosferə atılan tullantıların azaldılması ilə bağlı dialoqun zəruriliyinə inandırmağa çalışıb. “Biz hələ də ümidliyik. Çin atmosferə bizdən üç dəfə çox tullantılar buraxır və biz dünyada ikinciyik”, - amerikalı məmur bildirib.

O xatırladıb ki, Pekin 260 GVt gücündə kömür elektrik stansiyası tikməyi planlasdırıb. Kerri deyib ki, bu baş verərsə, "işıqları söndürməli" olacağıq.
Ağ Evin sözçüsü əlavə edib ki, emissiyaların azaldılması hədəflərinə nail olmaq üçün bütün ölkələr birləşməlidir. Bu, ilk növbədə, qlobal emissiyaların 80 faizini təşkil edən G20 dövlətlərinə aiddir.
Akif Nəsirli

0.02830696105957