İstismarçılar ölkəsində

İstismarçılar ölkəsində
 
İnsan əməyinin maya dəyərini kim müəyyən edir?
 
Paralel.az xəbər verir ki, bir sıra rüsumların artırılması, ölkədə ən çox müzakirə olunan mövzular sırasına çıxıb. Məlumdur ki, hər hansı bir qiymət artımının əsaslandırılması olmalıdır. Rüsumların artırılmasını əsaslandırmağa çalışan maliyyə nazirinin müavini Azər Bayramov açıqlamasında bildirib ki, hazırda Azərbaycanda tətbiq olunan rüsumlar maya dəyərindən çox aşağıdır. Bunu bildik, təşəkkürkər. Amma, bu məmləkətdə bir kimsə maraqlanıbmı ki, burada insan əməyinin maya dəyəri nə qədərdir? İnsan bir saat çalışmasına görə, nə qədər əmək haqqı almalıdır? Yox, çünki burada cüzi əmək haqqı ilə insanların istismar olunmaları adi haldır. Hər gün min, iki min manat xərcləyən sahibkarın, bu pulları onun üçün qazanan fəhləyə ayda 500 manat maaş verməyə «canı çıxır».
«Dövlət minimum əmək haqqını 250 manat müəyyən edib, mən də sənə 350 manat verirəm, get işlə, istəmirsən qapım açıqdır».
Yaxşı, rüsumları, vergiləri və s. maya dəyərinə qədər artırdız, bəs insan əməyinə nə zaman dəyər veriləcək? 250 manat maaş alan fəhlə, təkcə pasportunu dəyişmək üçün maaşının 4/1-ni verəcəksə, bu necə onun büdcəsinə təsirsiz keçə bilər?
İstehlak səbəti 205 manat (son artımla) olan bir ölkədə 250 manata necə yaşamaq olar? Bu rəqəmi kim ortaya çıxarıb.
Sadə bir misal, bu ölkədə yüzminlərlə evsiz insanlar var, ən ucqar kəndə belə, kirayə evlər 200-250 manatdır. Minimum əmək haqqı isə 250 manat. Bu insan necə yaşamalıdır? Əvvəlcə, insan əməyinə qiymət verməyi öyrənin cənablar! 
Yoxsa, Gürcüstandan 2-3 minə alınan avtomobilin üzərinə dörd qat artıq pul qoymaq və onun da maya dəyərinin aşağı olduğunu iddia etmək nə iqtisadi, nə siyasi, nə də mənəvi etikaya sığan  məsələ deyil.
 
Yusif
0.023912906646729