Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri davam edir

Qarabağ və Şərqi Zəngəzurda tikinti-quruculuq işləri davam edir
 

İşğaldan azad edilmiş ərazilərin sürətlə qurulub, bərpa edilməsi üçün iqtisadi stimullaşdırmalardan istifadə edilməlidir

Azərbaycan dövlətinin Qarabağ Şərqi Zəngəzur iqtisadi rayonu ilə bağlı hədəfləri ölkə ictimaiyyətinə beynəlxalq aləmə tam aydındır. Onilliklərdir ki, Azərbaycan xalqı dövləti, məhz bir illiyini bu yaxınlarda qeyd etdiyimiz, lazım gələn günü gözləyirdi. 27 sentyabır 2020-ci il tarixdə vətən torpaqlarının azad edilməsi uğrunda başlayan savaşı Azərbaycan xalqı toy-bayram kimi qarşıladı. Hamı bilirdi ki, bu döyüşdə qurbanlar verəcəyik, ərənlərimiz şəhid olacaq. Amma o da hamıya bəlli idi ki, biz qalib gələcəyik. Ona görə yox ki, bizim güclü müttəfiqlərimiz var, ona görə ki, xalq son nəfəsinə - sonuncu adamı şəhid olana qədər döyüşməyə hazır idi. Azərbaycan xalqının 44 günlük müharibədəki ruhunu görən dostlarımızın sevincdən, düşmənlərimizin isə kədərdən gözləri yaşardı. Azərbaycan xalqı dövləti bu savaşda üzərinə düşən missiyanın birinci mərhələsini şərəflə yerinə yetirərək, torpaqlarımızın əsas hissəsini yağı düşməndən azad etdi. Bu yöndə görüləcək digər işləri ardıcıl olaraq sadalayası olsaq, müharibədən sonra ərazinin təhlükəsizilyini təmin etmək gəlir. Yəni yağı düşmənin basdırdığı minalardan torpaqlarımızı təmizləmək gərəkir. Artıq proses başlanıb, bu istiqamətdə xeyli işlər görülüb.

Torpaqların minadan təmizlənməsi ilə paralel ərazilərdə tikinti-quruculuq işlərinə start verilib. Bir həftə əvvəl Füzuli beynəlxalq hava limanı istifadəyə verilib, Laçında Zəngilanda beynəlxalq statuslu hava limanlarının tikintisinə başlanılıb.

Bölgədə yol, elektrik enerjisi digər kommunikasiya layihələrinin həyata keçrilməsi sürətlə davam edir. Zəngilanın Ağalı kəndindən başlayan "Ağıllı kənd" "Ağıllı şəhər" layihələri bir neçə yerlərdə start götürüb. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, gələn ilin əvvəllərindən ən ümdə hədəfimizə - işğaldan azad edilən ərazilərə böyük qayıdışa başlanılacaq.

2021-ci ilin dövlət büdcəsindən işğaldan azad edilən ərazilərin bərpasına 2 milyard manatdan çox vəsait ayrılıb ilin sonuna qədər bu vəsait çərçivəsində reallaşdırılan layihələrin bir çoxuna yekun vurulacaq. Gələn ilin dövlət büdcəsindən isə işğaldan azad eldilən ərazilərin bərpa edilməsi işinin davamı üçün daha 2,2 milyard manat vəsaitin ayrılacağı gözlənilir. Bu vəsaitlər hesabına bölgənin infrastrukturu qurulacaq, bir neçə yaşayış məntəqəsi tikilərək, məcburi köçkünlərin həmin ərazilərə köçü təmin ediləcək.  Azərbaycan hökuməti hər il bir neçə yaşayış məntəqəsinin tikilib istifadəyə verilməsini dövlət büdcəsi hesabına təmin edə bilər. Lakin işğaldan azad edilən ərazilərdəki yaşayış məskənlərinin sayı yüzlərlədir. Orta hesabla hər rayonu azı 50 kənddən hesablasaq, bu 350 kənd 7 böyük şəhər - rayon mərkəzi deməkdir. Hər il bir neçə kəndin tikilməsi üçün onilliklərlə vaxt lazımdır. Lakin Azərbaycan hökumətinin xalqının qarşısında duran bu geniş tikinti quruculuq işlərini qısa müddətə, uzağı on ilə tamamilə başa çatdırmaq mümkündür.

Belə ki, dövlət büdcəsindən ayrılan vəsaitin 70-80 faizini ərazilərin minalardan təmizlənməsinə infrastruktur layihələrinin (yol, elektrik, su, internet, suvarma sistemləri s.) icrasına yönəldib, qısa müddətdə bütün ərazinin minalardan təmizlənməsini infrastrukturunun qurulmasını təmin etmək lazımdır. Bunun ardınca isə bir tərəfdən yeni salınan yaşayış məntəqələrinə sakinlərin köçürülməsini arzu edənlərə xüsusi yaşayış mənzillərinin tikintisinə icazə verilməlidir. Hazırda məcburi köçkün var ki, işğaldan azad edilən ərazilərdə xüsusi mülk ucaltmaq imkanına arzusuna malikdir. Belə məcburi köçkünlərə, həm digər vətəndaşlarımıza şərait yaratmaq lazımdır ki, gəlib Qarabağda Şərqi Zəngəzurda özünə ev tiksin.

Bütün bunlarla yanaşı, Şərqi Zəngəzur Qarabağ iqtisadi rayonunda torpaq islahatı həyata keçirilməlidir. Yaşayan hər bir sakinə kolxoz sovxozların mövcud olmuş ərazilərindən pay torpağı verilməlidir. Birincisi, bu ədalətlilik prinsipini bərqərar edərdi - digər rayonların kolxozçuları sovxoz üzvləri kimi məcburi köçkünlər pay torpağına sahiblənərdi. Digər tərəfdən isə bu məskunlaşmanın sürətləndirilməsi üçün stimullaşdırıcı rol oynayardı.

Bundan əlavə, işğaldan azad edilən ərazilərdə sahibkarlıqla məşğul olmaq istəyən əcnəbilərə ölkə vətəndaşlarına cəlbedicilik qabiliyyəti olan xüsusi güzəştlər müəyyən edilməlidir. Burada qurmaq istəyən sahibkarlar da quruculuq işinin bir hissəsini həyata keçirə, məskunlaşmanın intensivliyini artıra bilər.

Ümumiyyətlə, biz qısa müddətdə işğaldan azad edilən ərazinin iqtisadi baxımdan dirçəldilməsi proqramını hazırlamalıyıq. Proqramın əsas hədəfi isə bölgəyə xarici yerli adamlarının cəlb edilməsi olmalıdır. Bir adamının bölgədə uğurlu iqtisadi fəaliyyət qurması, yüzlərlə sakini işlə təmin edə, məskunlaşmanın cəlbediciliyini yüksəldə bilər. Məsələn, bir var biz dövlət büdcəsi hesabına hardasa otel tikirik, bir var, turizm vərdişləri olan sahibkar otel tikir. Təcrübə göstərir ki, əksər hallarda sahibkarın tikdiyi xüsusi mülkiyyət - otel daha rentabelli olur. Ona görə yanaşma elə seçilməlidir ki, iqtisadi fəaliyyətlə bağlı bütün obyektlər, yalnız özəl sektora aid olsun. Dövlət vəsaitləri hesabına, yuxarıda qeyd etdiyimiz kimi, yalnız yüksək keyfiyyətli infrastruktur qurulmalı təhlükəsizlik təmin edilməlidir.

Bölgədə məskunlaşma çoxaldıqdan qonşularımızla (İran Ermənistan) münasibətlərimiz normal məcraya düşdükdən sonra isə bölgədə ən azı iki azad iqtisadi zonanın (AİZ) yaradılması mümkündür. Bu AİZ-lərdən biri İran, digəri isə Ermənistanla həmsərhəd ərazilərdə qurula bilər. Ermənistan sərhəddindəki AİZ-in yəqin ki, Zəngəzur dəhlizinə yaxın ərazidə qurulması iqtisadi cəhətdə daha səmərəli ola bilər.

Sonda qeyd edim ki, biz yuxarıda qeyd etdiyimiz iqtisadi vasitələrlə məskunlaşmanı sahibkarlıq fəaliyyətini stimullaşdırmağın yolunu tapa bilməsək, dövlət büdcəsi hesabına işğaldan azad edilən ərazilərin bərpasına heç yarım əsirə nail ola bilmərik. İlkin mərhələ üçün Azərbaycan hökumətinin hədəf götürdüyü infrastruktur layihələrinin həyata keçirilməsi torpaqların minalardan təmizlənməsi prosesi alqışlanmalıdır. Lakin sonrakı mərhələlərdə biz sahibkarlıq fəaliyyətini məskunlaşmanı müxtəlif vasitələrlə stimullaşdırmalıyıq. Yəni, bu gün təhlukəsizliyə infrastruktur layihələrinə xərclənən büdcə vəsaiti növbəti illərdə stimullaşdırmaya yönəldilməlidir.

Lakin elə stimullaşdırma üsulları da var ki, ona heç büdcə vəsaiti lazım deyil. Vergi tətilləri, mülkiyyətə zəmanətin verilməsi, yerli icra hakimiyyəti orqanlarının maneələrinin aradan qaldırılması, səndləşdirmənin sadələşdirilməsi - bürokratiyanın aradan qaldırılması s. bu kimi amillər sahibkarlar üçün böyük stimul ola bilər.

Akif Nəsirli

Yazı  Azərbaycan
Respublikası Medianın İnkişafı
Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

0.017060041427612