Tatoyandan gülünc açıqlama: “Ermənistanın yaşayış məntəqələrinə bitişik ərazilərdən Azərbaycan hərbçiləri, bayraqları, kameraları yığışdırılmalıdır”

Tatoyandan gülünc açıqlama: “Ermənistanın yaşayış məntəqələrinə bitişik ərazilərdən Azərbaycan hərbçiləri, bayraqları, kameraları yığışdırılmalıdır”
 

Paralel.az xəbər verir ki, Ermənistan ombudsmanı Arman Tatoyan bir sıra sərsəm və gülünc açıqlamalar verib. O qeyd edib ki, Ermənistan əhalisinin hüquqlarının müdafiəsinin fundamental təminatı Azərbaycan Silahlı Qüvvələri ilə təmasda olan ərazilərdə hərbisizləşdirilmiş təhlükəsizlik zonasının yaradılmasıdır: “Biz əsaslandırdıq ki, təhlükəsizlik zonası lazımdır, Azərbaycan ordusu, bayraqları, müxtəlif qurğular, kameralar kəndlərimizin yaxınlığından və icmalarımızı birləşdirən yollardan yığışdırılmalıdır. Bunsuz Sünik və Qeqarkunik kəndləri sakinlərinin normal hüquqları bərpa oluna bilməz. Amma bu, erməni tərəfinin hesabına olmamalıdır. Azərbaycanlılar getməlidir. Azərbaycan ordusunun bütün dislokasiyaları istisnasız olaraq qanunsuzdur.

Üstəlik, demarkasiya və delimitasiya olmadığı üçün beynəlxalq meyarlar əsas götürülməyib. Bu arada kadastr sənədləri, torpaq sahələrinin verilməsi məsələləri öyrənilməli idi. Bizdə azərbaycanlıların sovet

dövründən fiziki olaraq insanlara məxsus torpaqlarda olması halları var.

Sərhədlərin delimitasiyası və demarkasiyası insan hüquqları təmin edilmədikdə, demokratiya və qanunun aliliyi normalarına uyğun gəlmədikdə və normal yaşayışı təmin etmədikdə legitim sayıla bilməz”.

Nigar

0.027272939682007