Güneyli fəal oğurlanıb

Güneyli fəal oğurlanıb
 

Paralel.az xəbər verir ki, Azərbaycan milli fəalı cənab Vədud Əsədinin vəziyyətindən heç bir xəbər yoxdur.

Rəşt şəhərinin Azərbaycanlı milli fəalının həbsindən 4 gün keçsə də, onun vəziyyəti və harada olması barədə hələ də məlumat yoxdur.

Tanınmış Azərbaycanlı milli fəal cənab Vədud Əsədi oktyabrın 31-i axşam saat 19:00 radələrində Rəştdə təhlükəsizlik qüvvələrinin qeyri-qanuni hücumu nəticəsində həbs edilib və naməlum yerə aparılıb.

Təhlükəsizlik qüvvələri onun evindən iki kompüter, bir noutbuk, üç mobil telefon və on kitab müsadirə edib.
Akif Nəsirli

0.018359184265137